Qızdırma hətta 39 dərəcəyə qalxır... - Uşaqlar arasında yayılan xəstəliklə bağlı XƏBƏRDARLIQ


Son günlər əhali arasında - xüsusən də uşaqlarda - boğaz qıcıqlanması, quru öskürək geniş yayılıb.

Turkustan.az-ın məlumatına görə, valideynlər dərmanların belə buna kömək etmədiyini iddia edirlər.

Bəs uşaqlar arasında yayılan bu virusun müalicə yolların hansılardır? Övladlarımızın virusa yoluxmaması nə edə bilərik?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən həkim-pediatr Qoşqar İsmayılov bildirib ki, dekabr ayının son həftələrində yayılan infeksialar həm uşaqlara, həm də böyüklərə keçir.

Onun sözlərinə görə, xüsusilə də, kataral ələmətlərlə - quru öskürək, 3-5 gün sonra isə bəlğəmli öskürək ilə başlayır:

"Hərarət bir neçə gün ərzində 38°-39° Selsiyə qədər yüksəlir. Bunun da əsas səbəbi virus və bakteriyalardır".

Həkim bildirib ki, ola bilər, temperatur evdə hər hansı dərmanla bir müddətlik düşsün, amma daimi deyil. Bu səbəbdən də pediatr növbəti ağırlaşmanın qarşısını almaq üçün vaxtında həkimə müraciət etməyi məsləhət görür.

Qoşqar İsmayılov: Bu ay uşaqlar arasında pnevmoniya xəstəliyinin artımı müşahidə olunur

"Xəstəlik ağırlaşdığı zaman həkimə müraciət olunmasa, pnevmoniyaya çevrilə bilər”, - deyə müsahibimiz bildirib.

Qoşqar İsmayılov keçən ayla müqasiyədə dekabrda uşaqlar arasında pnevmoniya xəstəliyinin artımının müşahidə olunduğunu vurğulayıb.


MANŞET XƏBƏRLƏRİ