Balqabağın saymaqla bitməyən faydaları: Hər gün yemək lazımdır!


Balqabağın bu faydalarını çox adam yaxşı bilmir.

Turkustan.az xəbər verir ki, sağlamlıq üçün çox faydalı olan balqabaq, çəki nəzarətindən ürək sağlamlığına, immunitet sistemindən qış depressiyasına qədər bir çox şeyə faydalıdır.
Qidalanma və Pəhriz Mütəxəssisi Edagül Kopuz, “İltihab əleyhinə, antioksidant, antiviral və diabetə qarşı xüsusiyyətlərinə görə bu gün bir çox ölkədə dərman olaraq istifadə edilən balqabaq, tərkibindəki qidalandırıcı xüsusiyyətlərə görə pəhrizimizə daxil edilməsi lazım olan bir qidadır. Bu qida sağlamlığa müsbət təsir göstərir. Bunu düzgün qidalarla istehlak etmək orqanizmin ehtiyac duyduğu vitamin və mineralları daha təsirli şəkildə qəbul etməyimizə və onun faydalarından ən yüksək səviyyədə faydalanmağımıza imkan verir”-deyə, bildirib.

Mütəxəssis balqabağın 8 mühüm faydasını açıqlayıb:

İmmunitet sistemini gücləndirir;

Balqabaq tərkibindəki C vitamini sayəsində qış aylarında artan xəstəliklərə qarşı orqanizmin immunitetini gücləndirir. Balqabağa qara bibər, zəncəfil və zerdeçal kimi ədviyyatların əlavə edilməsi balqabağın tərkibindəki beta-karotinin orqanizm tərəfindən mənimsənilməsini artırır. Belə ki, dərini təzələməklə yanaşı, soyuqdəymə, qrip kimi xəstəliklərin riskini də azaldır və orqanizmə müqavimət verir. Balqabaq antioksidan xüsusiyyətləri sayəsində sərbəst radikalları təmizləyir və bədəni xəstəliklərdən qoruyur.
Çəki nəzarətinə kömək edir

Çəkiyə nəzarət edir;

100 qramında cəmi 26 kalori olan balqabaq pəhriz saxlayanlar üçün ideal tərəvəzdir. Yüksək lif quruluşu sayəsində sizi tox saxlayır, həzm sistemini tənzimləyir və çəkiyə nəzarət etməyə kömək edir. Balqabağa darçın və zəncəfil kimi ədviyyatlar əlavə etmək həzmi dəstəkləyir və maddələr mübadiləsini sürətləndirir, qış aylarında orqanizmin daha sürətli işləməsinə kömək edir.

Dərinin sağlamlığını dəstəkləyir;

Balqabaq dərinin daha sağlam və parlaq görünməsini dəstəkləsə də, antioksidan xüsusiyyətləri dərinin qocalmasını gecikdirir və qırışların yaranmasının qarşısını alır. Balqabağı yağlarla (zeytun yağı, avokado yağı, kokos yağı) istehlak etmək, tərkibindəki beta-karotinin orqanizmdə daha yaxşı mənimsənilməsini təmin edir. Zeytun yağı və ya avokado yağı ilə bişirilən balqabaq A vitamininin udulmasını artıraraq həm göz, həm də dəri sağlamlığına böyük töhfə verir.

Həzm sistemini tənzimləyir;

Balqabaq tərkibindəki yüksək lif sayəsində həzm sistemini tənzimləyir və qəbizlik kimi problemlərin qarşısını alır. O, həmçinin mədəni rahatlaşdırır, bağırsaq hərəkətlərini sürətləndirir və həzm prosesini yaxşılaşdırır. Zülal qaynaqları (toyuq, yumurta, mərcimək) ilə istehlak edildikdə yeməkləri daha doyurucu edir.

Qış depressiyasından qoruyur;

Balqabaq tərkibindəki triptofan amin turşusu sayəsində əhval-ruhiyyəni yaxşılaşdıran təsirə malikdir. Triptofan bədəndə serotonin istehsalını artıraraq depressiya əlamətlərini aradan qaldırır. Bu, qış depressiyasına qarşı müsbət təsir göstərə bilər.

Sümükləri gücləndirir;

Balqabaq kalsiumla zəngin olan süd və qatıqla birlikdə istehlak edildikdə sümük sağlamlığını gücləndirir. Kalsium sümükləri gücləndirməyə kömək edir və osteoporoz kimi xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır.

Ürəyi qorumağa kömək edir;

Tərkibindəki kalium ürək sağlamlığının qorunmasında mühüm rol oynayır. Kalium qan təzyiqini tənzimləyir, infarkt və insult riskini azaldır. Bundan əlavə, sağlam yağlarla ürək-sağlam qidalanmanı təşviq edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ