Rusiya xərçəng peyvəndinin klinik sınaqlarının birinci mərhələsini keçirəcək..
Turkustanı.az xəbər verir ki, bu barədə Mash "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, sınaqlarda 50 xərçəng xəstəsi iştirak edəcək.
Qeyd olunub ki, artıq kimya-radioterapiya və digər müalicələrdən keçmiş, həmçinin əməliyyat keçirmiş xərçəng xəstələrinə üstünlük verilir.
Proqramın birinci mərhələsinin 2025-ci ilin sonuna qədər davam edəcəyi bildirilib. Sınaq iştirakçıları daim həkimlərin nəzarətində olacaq və hər kəs üçün dərmanın düzgün dozasını seçəcəklər.
Xərçəng peyvəndinin müxtəlif xərçəng növlərinə təsirini izləmək üçün sınaqların ikinci mərhələsində daha çox insanın işə götürələcəyi vəd edilib.
Güman edilib ki, sınaqların son mərhələsində dərman digər müalicə üsulları ilə birləşdiriləcək.
Tərtibatçılar peyvəndin sınaqdan keçirilməsinin ən azı doqquz il çəkəcəyini təxmin edirdilər. /bakivaxti.az/