Trakya Universiteti Tibb Fakültəsi Fiziologiya kafedrasının müdiri Levent Öztürk, smartfonlarla yatmağın yuxu sağlamlığına mənfi təsir etdiyini bildirib.
Turkustan.az xəbər verir ki, yuxu sağlamlığı ilə bağlı araşdırma aparan Öztürk, smartfonların yuxu sağlamlığını poza biləcək fərqli təsirlərə malik olduğunu bildirib.
Gecə yatmazdan əvvəl smartfon ekranına baxmağın yuxusuzluğa səbəb olduğunu ifadə edən Öztürk, yataqda telefonla vaxt keçirməyin yuxu hormonlarının ifrazını maneə törətdiyini vurğuladı.
Smartfonların ekranlarının parlaq işıq yaydığını ifadə edən Öztürk, "Telefon ekranı mavi spektrdə işıq olduğu üçün beynimizdən ifraz olunan və yuxu üçün çox vacib olan melatonin hormonunun ifrazını boğur. Bu həm yuxuya getməyimizi çətinləşdirir, həm də yatmağa davam edərkən yuxunun həssaslığını artırır".
Aytən Yaşar/ Turkustan.az