"Özəl səhiyyə genişləndikdən sonra valideynlərin əksəriyyəti övladını özəl xəstəxanalardakı sahə mütəxəssislərinə aparır".
Turkustan.az xəbər verir ki, bunu pediatr Vaqif Qarayev deyib. O bildirib ki, dünya praktikasında olduğu kimi, ölkəmizdə də uşaq illərlə mütəxəssislərin nəzarətində olur:
"Lakin bizim özəlliyimiz başqadır. Poliklinikalarda sahə həkimləri özəl xəstəxanalardan verilən arayışları qəbul etmir. Arqument gətirirlər ki, rəsmi sənəd dövlət müəssisəsindən gəlməlidir ki, uşağı həmin xəstəliklə uçota götürsünlər. Bunu düzgün hesab etmirəm. Özəl klinika Anqolanın deyil. Hamı bu ölkənin vətəndaşı, həkimidir".
Məsələ ilə bağlı TƏBİB-dən "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq bildirilib ki, özəl tibb müəssisəsində, habelə digər dövlət tibb müəssisələrində protokol qaydalarında qeyd edilmiş bütün müayinələr əsasında diaqnoz qoyulduğu halda vətəndaşın ilkin səhiyyə xidməti müəssisəsində dispanser qeydiyyata düşməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur: "İstər özəl, istər dövlət tibb müəssisələrində qoyulan diaqnozların ixtisaslaşmış müəssisələr (institutlar) tərəfindən təsdiq olunması tövsiyə olunur".