“Yeni il üçün bəzi məşhur salatlardan imtina etmək daha yaxşıdır. Onlar sağlamlığınıza zərər verə bilər”.
Turkustan.az xəbər verir ki, bunu onkoloq Anton İlyin xəbərdarlıq edib.
Onun sözlərinə görə, hər kəsin sevimli “Paytaxt” salatı əslində çox ağır yeməkdir və əsas zərərvericilər onun tərkibindəki kolbasa və mayonezdir. Birincidə çoxlu trans yağlar və nişasta, ikincisində yağ var. Bundan əlavə, salatın kalorisi də çox yüksəkdir. Mütəxəssislərin fikrincə, bir pors salatı yandırmaq üçün 10 km qaçmalı olacaqsınız.
İkinci təhlükəli salat siyənəkli şubadır. Onun tərkibində qan şəkərinin səviyyəsini kəskin artıran kartof, yerkökü və çuğundur var. Duzlu siyənək səhərlər şişkinlik yaradacaq, mayonez isə əlavə kalori verir.
Nəhayət, üçüncü zərərli yemək krab salatıdır:
“Birincisi, onun hazırlanması üçün istifadə edilən xərçəng çubuqlarında yalnız xərçəngin adı var. Məhsul nişasta, ucuz balıq və dad əlavələrindən hazırlanır. Digər salat maddələri - düyü və qarğıdalı yüksək glisemik indeksi olan sürətli karbohidratlardır”. /Cebheinfo.az/