Sağlam yuxuya sahib olmaq istəyirsinizsə, yatmazdan əvvəl nə yediyinizə diqqət etməlisiniz.
Turkustan.az xəbər verir ki, istehlak etdiyiniz qidalar yuxu keyfiyyətinizə və hətta yuxularınıza təsir edə bilər. Yatmazdan öncə hansı qidalar yeyilməməlidir? Nələrə diqqət etməlisiniz? Budur sağlam yuxunun sirləri...
Diyetoloq yatmazdan əvvəl yeməkdən mütləq qaçınmalı olduğunuz beş qidanı açıqlayıb. Məşhurların sağlamlıq məsləhətçisi Toby King yuxu rejiminizi və yuxuya getmə qabiliyyətinizi poza biləcək qidaları və onların necə işlədiyini izah edir. Bu 5 qida sizə dərin yuxuya getməyə imkan vermir. Hətta bu qidalar sayəsində kabuslar da görə bilərsiniz. Həmin qidalar aşağıdakılardır:
Soğan, zülal tozları, turşular, pendir və tünd şokolad.
Bunun əksinə olaraq isə, bəzi qidalar da vardır ki, sizə rahat yuxu təmin edir.
Həmin qidalar aşağıdakılardır:
Kompleks karbohidratlar, banan, fındıq, süd, albalı suyu, bitki çayı və yağlı balıq.
Aytən Yaşar/ Turkustan.az