Xərçəngin ilkin mərhələdə əsas əlaməti


Britaniyalı alimlərin rəhbərlik etdiyi yeni araşdırma, xüsusilə yaşlı kişilərdə yorğunluq əlamətinin xərçəngin ilk siqnalı ola biləcəyini ortaya çıxarıb.

Turkustan.az xəbər verir ki, araşdırmaya görə, yorğunluqdan şikayət edərək həkimə müraciət edən 80 yaşlı kişilərdə xərçəng riski aşkarlanıb.

Mütəxəssislər eyni yaş qrupunda olan qadınlarda eyni təhlükənin görülmədiyini bildiriblər.

Təqdim olunan araşdırmada 2007-2017-ci illər arasında yorğunluq səbəbiylə həkimə müraciət edən 300 mindən çox xəstə və nəzarət qrupu olaraq qəbul edilən təxminən 425 min nəfərin məlumatları təhlil edilib.

"British Journal of General Practice" jurnalında dərc edilən araşdırmada qadınların kişilərə nisbətən daha az risk altında olduğu da müəyyən edilib.

Bunun səbəbi kişilərdə xərçəng xəstəliyi üçün erkən diaqnoz imkanlarını azalması ilə əlaqəlidir.

Sözügedən tapıntıların yalnız İngiltərədəki xəstələrlə məhdudlaşdığını bildirən elm adamları COVID-19-dan sonra xəstələrdə oxşar nəticələrin görülüb-görülmədiyini araşdırmaq üçün daha böyük tədqiqatların aparılmasının lazım olduğunu vurğuladılar.

Mütəxəssislər xərçəng riskinin yaşla artdığını və 85-89 yaş arası fərdlərin xərçəngə tutulma ehtimalının həyəcan verici dərəcədə yüksək olduğunu qeyd ediblər.

Yorğunluq xərçəngin ümumi simptomlarından biri hesab edilsə də, müxtəlif sağlamlıq problemləri ilə bağlı bilər. Xərçəngin yorğunluğa səbəb olduğu bilinir, çünki xəstəlik böyüyən şişlər vasitəsilə bədəndən qida və kaloriləri udur və hormon istehsalına təsir edərək yorğunluğa səbəb olur.

Mütəxəssislər yorğunluq hiss edən insanların erkən diaqnoz üçün ailə həkiminə müraciət etmələrini tövsiyə edir.

Xərçəng riski az olsa belə, xəstəlik nə qədər tez aşkar edilərsə, müalicəsi bir o qədər asan olar. Mütəxəssislər yorğunluğa stress, depressiya və hormonal problemlər kimi digər faktorların da səbəb ola biləcəyini vurğulayaraq belə simptomları olan hər kəsin mümkün xərçəng riskinin qarşısını almaq üçün həkimə müraciət etməli olduğunu deyiblər. /cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ