Milyonlarla təzyiq xəstəsi üçün ucuz MÜALİCƏ


Pomidor suyu içmək təkcə orqanizmi vitaminlərlə təmin etmir, həm də qan təzyiqini idarə etməyə kömək edir.

Bunu Stikes Muhammadiyah Ciamis Kollecinin (İndoneziya) alimləri müəyyən ediblər.

Turkustan.az xəbər verir ki, araşdırmanın nəticələri “Vocational Nursing Science” jurnalında dərc olunub.

Hipertoniya və ya yüksək qan təzyiqi bütün dünyada milyonlarla insana təsir edən, hər il yüz minlərlə insanın ölümünə səbəb olan əsas sağlamlıq problemlərindən biridir. Artan təzyiq qan damarlarının divarlarına zərər verir, onların qalınlaşmasına, sərtləşməsinə və aterosklerotik dəyişikliklərə səbəb olur. Bu, infarkt və insult kimi həyati təhlükəsi olan vəziyyət riskini artırır.

Pomidor şirəsinin qan təzyiqini aşağı salmaqda effektivliyini qiymətləndirmək üçün nəzərdə tutulan təcrübədə hipertoniya xəstəsi olan və vəziyyətini idarə etmək üçün heç bir üsuldan istifadə etməyən yaşlı könüllü iştirak edib. Xəstə üç gün ərzində gündə iki dəfə pomidor suyu içib. Nəticələr göstərib ki, bu sadə müdaxilə qan təzyiqini 160/100 mmHg-dən aşağı salmağa kömək edir.

Alimlərin fikrincə, A, B, C vitaminləri, kalium və digər faydalı maddələrlə zəngin olan pomidor orqanizmə kompleks təsir göstərdiyinə görə öz müsbət təsirini nümayiş etdirib. Kalium bədən mayelərinin osmotik təzyiqini saxlayır, su və turşu-əsas balansının tənzimlənməsində iştirak edir və ürək əzələsinin daralma və rahatlama dövrlərini tənzimləyir. Vitamin C qanı incələşdirmək qabiliyyəti ilə seçilir, B vitamini isə ürəyin qan tədarükünü təmin edir.

Mütəxəssislər deyirlər ki, pomidor şirəsinin müntəzəm istehlakı,milyonlarla insanın həyat keyfiyyətini yaxşılaşdırmaq üçün əlverişli və təbii üsuldur. O, ənənəvi hipertoniya müalicəsini tamamlaya bilər. /cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ