Tünd şokoladın bilmədiyimiz faydaları: Diabet riskini azaldır, ürəyimizi qoruyur...


Britaniyanın "The British Medical Journal" (BMJ) tibb jurnalında dərc edilən bir araşdırma, həftədə 5 və ya daha çox porsiya tünd şokolad istehlakının 2-ci tip diabet riskini 21 faiz azalda biləcəyini ortaya qoydu.

Turkustan.az xəbər verir ki, Çin və ABŞ-da araşdırma aparan tədqiqatçılar tərəfindən hazırlanan "Şokolad istehlakı və tip 2 diabet riski" adlı araşdırma Britaniyanın həftəlik resenziyalı tibb jurnalı BMJ-də dərc olunub.

1986-2021-ci illər arasında təxminən 192 min 28 adam üzərində aparılan araşdırmada şokolad istehlakının 2-ci tip diabetə təsiri, 111 min 654 adam üzərində aparılan araşdırmada şokolad növlərinin (südlü və tünd) təsiri müzakirə edilib.

Şokolad istehlakının 2-ci tip diabetə təsirinin araşdırıldığı qrupda bu tip şəkərli diabet yalnız 18 min 862 adamda, digər qrupda isə 4 min 771 adamda baş verib.

Araşdırma nəticəsində hər hansı şokolad yeyənlərdə 2-ci tip şəkər xəstəliyinə tutulma riskinin şokolad az yeyənlərə nisbətən 10 faiz az olduğu bildirilib.

Həftədə 5 və ya daha çox porsiya tünd şokolad istehlak edənlərin 2-ci tip diabet riskini yüzdə 21 azalda biləcəyini ortaya qoyan araşdırmaya görə, südlü şokoladdan istifadənin bu növə ciddi təsir göstərmədiyi müşahidə edilib.

Südlü şokoladın istifadəsinin uzun vədədə kilo almağa təsir etdiyini ifadə edən araşdırma nəticəsində tünd şokoladın tərkibindəki zülallar sayəsində ödəmi azaltma, ürək-damar sistemini qoruma və antioksidant xüsusiyyətlərə malik olduğu ifadə edildi.

İştirakçıların pəhrizlərinin hər 4 ildən bir dəyişdirildiyi və müntəzəm olaraq çəki, fiziki fəaliyyət və yemək vərdişləri ilə bağlı məlumatların toplandığı araşdırma çərçivəsində tünd şokoladın dozasının artırılmasının təsirləri də araşdırılıb.

Tədqiqat həmçinin tünd şokolad istehlakının riski azaltma potensialına malik olduğunu, lakin tapıntıların daha çox nəzarət edilən araşdırmalarla təsdiqlənməsi lazım olduğunu ifadə etdi.

Araşdırmada 2019-cu ildə dünya üzrə 2-ci tip diabetli insanların sayının 463 milyon olduğu, 2045-ci ildə isə bu rəqəmin 700 milyona çatacağı proqnozu paylaşılıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ