Müəyyən yaşdan sonra çəki arta bilər, böyrək funksiyası daha tez-tez pozulur, ateroskleroz, diabet və xərçəng inkişaf edir.
Müəyyən bir yaşdan etibarən insan bədənində ciddi dəyişikliklər başlayır ki, bu da onun qoruyucu resurslarını əhəmiyyətli dərəcədə zəiflədir və ölüm ehtimalını artırır.
Turkustan.az xəbər verir ki, bu barədə “Medikforum.ru” Yelena Malışevanın sağlamlıq proqramının həkimlərinə istinadən yazır.
Həkimlərin fikrincə, kritik nöqtə 60 yaşdır. Məhz bu həddə çatdıqdan sonra insan orqanizmi həssas olur. Bura immun hüceyrələrin istehsalının və immun sisteminin əsas hüceyrələrindən biri olan limfositlərin səviyyəsinin azalması daxildir. İmmunitet sistemi zəiflədikcə infeksiya və xərçəng riski də artır. Bundan əlavə, 60 ildən sonra başqa bir problem- əzələ toxumasının azalması və zəifləməsi səbəbindən qanda və qan damarlarında şəkərin artması baş verir. Bununla da insan getdikcə zəifləyir.
Nəhayət, 60 yaşdan sonra ateroskleroz aktiv şəkildə inkişaf edir, çəki arta bilər, diabet baş verir və böyrək funksiyası da pozulur.
Həkimlər xüsusilə bu yaşdan sonra yaxşı və müxtəlif əzaqlarla qidalanmağı, fiziki və zehni fəaliyyəti qorumağı məsləhət görürlər. /cebheinfo.az/