Pnevmoniya: “Risk qrupuna daxil olan…”


Moskva və Rusiyanın digər bölgələrində mikoplazma pnevmoniyası xəstələrinin sayı artır.

Yerli mətbuatda yayılan məlumatlara görə, son bir ildə mikoplazma pnevmoniyası xəstəliyi kəskin artıb.

Məsələn, 2023-cü ilin oktyabr-dekabr aylarında xəstələrdə "Mycoplasma pneumoniae" aşkarlanması tezliyi cəmi 4,9% idisə, cari ilin eyni dövründə (dekabr nəzərə alınmadan) bu göstərici təxminən dörd dəfə artaraq 19,6 %-ə çatıb.

"Xəstəliyin alovlanmaları ölkənin müxtəlif bölgələrində qeydə alınır. Eyni zamanda, xəstəliyin özü aşkar şəkildə getmir və insanlar diaqnozlarını bilmədən təcrid olunmur və başqalarını yoluxdururlar.

Təhlükə aşkar simptomların olmamasındadır. Xəstələrdə normal temperatur qalır və bəlğəm ifraz olunmur. Xəstəliyi yalnız tez-tez diqqətdən kənarda qalan yüngül öskürək aşkar edə bilər.

Müalicənin olmaması ağciyər fibrozunun yaranmasına səbəb olur, insanlar digər infeksiyalara qarşı həssas olurlar", - deyə tibb elmləri namizədi Dmitri Bulanov qeyd edib.

Mütəxəssisin sözlərinə görə, pnevmoniyanın profilaktikası bir neçə məqamı, o cümlədən pnevmokok, hemofilik infeksiya və qripə qarşı peyvəndləməni əhatə edir.

"Risk qrupuna daxil olan insanlar, o cümlədən yaşlı xəstələr, xronik xəstəlikləri olan insanlar və qocalar evi kimi təşkilati kollektivlərdə yaşayanlar üçün qripə qarşı müntəzəm peyvənd vacibdir. Bu, orqanizmin immunitet varatmağa vaxt tapması ücün epidemiva mövsümü başlamazdan öncə edilməlidir", - D.Bulanov əlavə edib.

Məsələ ilə bağlı infeksionist-hepatoloq həkim Mərdan Əliyev "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, atipik pnevmoniya yeni bir xəstəlik deyil:

"Bu xəstəlik ağciyərin iltihabı xəstəliyidir. Lakin bu bizə məlum olan tipik gedişli ağciyər iltihabı olan pnevmoniya deyil. Biz bilirik ki, ağciyər iltihabı olan pnevmoniya yüksək qızdırma, titrətmə, bəlğəmli öskürək, sinədə ağrı ilə müşahidə edilir.

Apitik pnevmoniyada isə bəzən həkim xəstənin pnevmoniya olduğunu düşünmür. Çünki xəstəlik daha zəif simptomlarla (zəif qızdırma, quru öskürək və.s) müşahidə olunur.

Tipik pnevmoniyanı bakteriyalar törətdiyi halda apitik pnevmoniyanı isə ən çox mikroplazmalar törədir. Bu xəstəlik kontakt yolu ilə sürətli yayıla bilər.

Vaxtında aşkar edilən halda xəstəlik müalicəyə tabe olur".


MANŞET XƏBƏRLƏRİ