Dünya yenidən epidemiya təhlükəsi ilə üz-üzədir.
Turkustan.az xəbər verir ki, Ruanda Səhiyyə Nazirliyinin verdiyi açıqlamada 29 noyabr tarixindən ölkədə görülən Marburq virusu epidemiyasına ən azı 66 nəfərin yoluxduğu, 15 nəfərin öldüyü bildirilib. Ebola virusu ilə əlaqəli olan Marburq ölümcül viruslardan biridir və xəstələrin 88 faizini öldürür. Marburq virusuna yoluxmuş xəstələrin gözləri içəri çökür. Xəstəlik tez-tez burun, diş ətləri, gözlər və vagina da daxil olmaqla birdən çox yerdən qanaxma ilə müşayiət olunur. Virus yoluxmuş insanların qan damarlarını zədələyir, bədənin müxtəlif dəliklərindən, o cümlədən gözlərdən qanaxmalara səbəb olur.
Oktyabr ayında Ümumdünya Səhiyyə Təşkilatı Ruandaya bütün səyahətlərə qarşı xəbərdarlıq edib. İngiltərənin Milli Səhiyyə Agentliyi Ruandaya səfər edənlərə dəfn mərasimlərində iştirak etmək və ya vəhşi heyvanlarla təmasda olmaq kimi fəaliyyətlərdən çəkinmələrini tapşırıb.
Xəstəlik son həftələrdə qlobal sağlamlıq mütəxəssislərini narahat edən bir neçə virusdan biridir. Bu virus birbaşa insandan insana və ya yoluxmuş insanların qanı, ifrazatı və digər bədən mayeləri səthlərə və əşyalara ötürülməsi ilə keçir.
Xatırladaq ki, 1967-ci ildən bəri çoxlu sayda insan Marburq virusuna məruz qalıb. /Cebheinfo.az/