Mütəxəssisin sözlərinə görə, bir çoxları meyvələrin tərkibində çoxlu şəkər olduğu üçün yeməkdən qorxur.
Turkustan.az xəbər verir ki, bununla belə Ojeda xurmanı aşağı glisemik indeksli məhsul adlandırıb və əmin edib ki, arıqlamaq və ya yaxşı yatmaq istəyənlər üçün idealdır.
“Xurmanın tərkibində kalium və maqnezium var ki, onlar dincəlməyə və daha yaxşı yatmağa kömək edir. Bu mikroelementlər idmançılar üçün də faydalıdır. Bundan əlavə, tərkibində dəmir var, məsələn, menstruasiya zamanı qadınlar və ya qan azlığı olan insanlar üçün çox vacibdir”, - diyetoloq qeyd etdi.
Dietoloq həmçinin diqqəti ona çəkdi ki, xurma karbohidrat və liflə zəngindir, ona görə də bədəni tədricən enerji ilə doldurur və bu da uzun müddət gücü saxlamağa kömək edir.
Bildirək ki, daha öncə cərrah Kseniya Mersaidova xurmanın açıq-aşkar təhlükəsi barədə xəbərdarlıq etmişdi. Onun sözlərinə görə, yetişməmiş xurma yemək bağırsaq tıxanmasına səbəb ola bilər.
Aytən Yaşar/ Turkustan.az