Çayı bu cür içsəniz, ölümünüz yaxındır - Alimlər xəbərdarlıq edir


Son araşdırmalar göstərir ki, poşet çayların tərkibində milyonlarla mikroplastik hissəcik mövcuddur.

Turkustan.az bildirir ki, bu kiçik, lakin təhlükəli hissəciklər çayın dəmlənməsi zamanı suya qarışaraq insan orqanizminə daxil olur.

Sakarya Universitetinin Çevrə Mühəndisliyi Bölümünün dosenti Dr. Meral Yurtseverin apardığı tədqiqat nəticəsində bəzi poşet çayların dəmlənməsi zamanı bir poşetdən orta hesabla 13 min mikroplastik hissəciyin çaya keçdiyi müəyyən edilib.

Mikroplastiklər ətraf mühitin çirklənməsində mühüm rol oynayır və ekosistemlərə, canlı təbiətə və insan sağlamlığına təhlükə yaradır.

Mikroplastiklərin insan sağlamlığına təsiri tam olaraq öyrənilməsə də, bəzi tədqiqatlar onların hormon sistemini poza biləcəyini və kanserogen təsir göstərə biləcəyini irəli sürür. Buna görə də, poşet çaylardan istifadə edərkən ehtiyatlı olmaq və mümkün olduqda ənənəvi üsullarla dəmlənmiş çaylara üstünlük vermək tövsiyə olunur. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ