Şəkər xəstələrinin dərman təminatı niyə kəsilib? – VİDEO


Şəkər xəstələri dövlətin onlara verdiyi pulsuz dərmanları çətinliklə ala bilirlər. Bəzən isə ümumiyyətlə tapa bilmirlər.

Eyni zamanda dərman əldə edə bilmək üçün tibb müəssisələrində uzun növbələrdən də şikayətlənirlər.

Paytaxt sakini 72 yaşlı Sahib Sadıqov bildirib ki, verilən dərmanların sayı 3 ildir ki, azalıb.

S. Sadıqov həm də uzun növbələrdən gileylənir.

65 yaşlı Zərdab sakini Tutu Həsənova da deyir ki, 2-3 aydır ümumiyyətlə dərmanları verilmir.

Bəs xəstələri çarəsiz vəziyyətə salan səbəb nədir?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilovanın sözlərinə görə, şəkərli diabet xəstələrinə göstərilən illik tibbi yardımın siyahısı və miqdarı, təminat Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir. Siyahıya uyğun olaraq hər ay dərman preparatlarının verilməsi təmin olunur.

Z.Ədilova həmçinin bildirib ki, ölkədə şəkərli diabet xəstələrinin sayı artdığından bununla əlaqədar olaraq Nazirlər Kabinetinin müvafiq qərarına təkliflər edilib və bu, şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətin yaxşılaşdırılmasına yönəlib. Məsələ ondadır ki, ümidverici təkliflərin nələrdən ibarət olduğu və nə zaman reallaşacağı ilə bağlı qurum rəsmisi hər hansı məlumat verməyib.

Ətraflı “Xəbər Ertəsi”nin süjetində:


MANŞET XƏBƏRLƏRİ