Həddindən artıq duz istifadəsi böyrək və ürək xəstəlikləri yaradır


Həddindən artıq duz istehlakı böyrək çatışmazlığı və ürək xəstəlikləri riskini artırır.

Turkustan.az xəbər verir ki, Trakya Universiteti Tibb Fakültəsi Dekanı Sedat Üstündağ normadan artıq istifadə edilən hər qram duzun müxtəlif sağlamlıq problemlərinə səbəb olduğunu bildirib.

Həddindən artıq duz istifadənin bədəndə əlavə su tutulmasına səbəb olduğunu ifadə edən Üstündağ: "Bu vəziyyət damar əzələlərinin daralma meylini artıraraq təzyiqi artırır. Böyrək yüksək təzyiqdən ən çox zədələnən orqanlardan biridir. Duz tutmur. Yalnız böyrəyi zədələdiyi üçün qan təzyiqi artdıqca ürək böyüməsinə səbəb olur"- dedi.

Üstündağ, sağlam bir insan böyrəyinin gündə orta hesabla 5 qram duz çıxara bildiyinə diqqət çəkdi.

Duzdan diqqətli istifadə edilməsi lazım olduğunu ifadə edən Üstündağ bildirib ki, 5 qramdan çox xörək duzu orqanizmdə duzun yığılmasına səbəb olur və nəticədə hipertoniya və damar divarlarının daralması yaranır ki, bunun da nəticəsində damarlar zədələnir.

Gündə 5 qramdan çox duz istehlak etməməyi tövsiyə edən Üstündağ: " Böyrəklərimiz 5 qrama qədər duz ifraz edə bilir, amma biz adambaşına gündə 15 qram civarında duz istifadə edirik. Nəticədə də müxtəlif xəstəlikləri elə özümüz yaradırıq.

Çarə olaraq təklif edə bilərəm ki, uşaqların ibtidai məktəb yaşından başlayaraq maarifləndirilməsi, duzun zərərli təsirləri barədə məlumatlandırılması, duzu yüksək olan qidaların vergisinin artırılması faydalı olardı”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ