İstər suya, istər çaya əlavə edin, GÖRÜN NƏ BAŞ VERİR - MÖCÜZƏ


Türkiyənin məşhur həkimi, professor Osman Müftüoğlu sağlamlıq sirlərini paylaşıb. Mütəxəssis bu dəfə hər evdə olan qidalarla qan şəkərini balanslaşdırmağın təbii üsullarından danışıb.

Turkustan.az xəbər verir ki, O. Müftüoğlu qan şəkərini tarazlayan 3 təbii məhsulu açıqlayıb.

Darçın: Suya və ya çaya darçın əlavə edin. Bu, qan şəkərini balanslaşdıran möcüzədir və təsiri inanılmazdır. Hətta 1 çay qaşığı darçın, istər suya, istər çaya, istərsə də qəhvəyə əlavə olunsa da, qan şəkərinin qəfil artmasının qarşısını ala bilər.

Qara çay: Yaşıl çaydan fərqli olaraq, qara çay xüsusilə yeməkdən dərhal sonra istehlak edildikdə qan şəkərinin artmasına mane ola bilər. Yaşıl çayın isə belə bir özəlliyi yoxdur.

Sirkə: Sirkə qan şəkərini balanslaşdırmaq üçün möcüzəvi vasitədir. Üzüm, gavalı və ya alma sirkəsi olmasının fərqi yoxdur, bütün sirkə növləri qidalardakı nişastanın şəkərə çevrilməsinin qarşısını alaraq qan şəkərinin artmasını önləyir./musavat.com


MANŞET XƏBƏRLƏRİ