Süd içmək də sağlamlığa zərər imiş - BUDUR ƏKS TƏSİRLƏRİ


Körpəlikdən istifadə etməyə başladığımız süd sağlamlığa bir çox faydası olduğu üçün demək olar ki, hər kəsin zövq aldığı bir içkidir.

Turkustan.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə sevərək içdiyimiz südün insan sağlamlığına müəyyən zərərləri var.

Mütəxəssislər süd istehlakı ilə bağlı diqqətli olmaq lazım olduğunu açıqlayıblar. Xüsusilə inkişaf çağında olan uşaqlar üçün saysız-hesabsız faydaları olan südün düzgün istifadə edilməməsi çoxsaylı zərərlərə səbəb olur.

Həmin zərərlər aşağıdakılardır:

Ürək xəstəliklərinə səbəb olur: Süddə yüksək miqdarda doymuş yağ var. Südün tərkibindəki doymuş yağlar xolesterolun artmasına səbəb ola bilər. Bu, həmçinin damarların tıxanmasına və buna görə də infarkt və insult kimi ciddi nəticələrə səbəb ola bilər. Südün həddindən artıq istehlakından qaçınmaq lazımdır.

Sümük sağlamlığına mənfi təsir edir: Süd sümüklər üçün faydalı olsa da, süd istehlakına fikir verməsəniz və həddindən artıq çox etsəniz, sümük sağlamlığına əks təsir göstərəcəksiniz. Çox süd istehlakı sümüklərdən kalsiumun çıxarılmasına səbəb olur. Südün sağlam quruluşundan faydalanmaq və zərərlərindən qaçmaq üçün onu nisbətdə istehlak etmək lazımdır.

Laktoza həssaslığına diqqət yetirin: Süd qəbul edərkən laktoza həssaslığının olub olmadığını bilmək lazımdır. Bol laktoza ehtiva edən süd, laktoza həssaslığı olan insanlarda mədə ağrısı, şişkinlik və həzmsizlik kimi mədə problemlərinə səbəb olur. Süd qəbul edərkən diqqətli olmaq lazımdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ