Bu vitaminlər sağlamlığınıza zərər vurur - İÇMƏYİN!


Bu 3 vitamin kompleksi bilinənin əksinə olaraq sağlamlığınıza xeyir yox, zərər edir.

Turkustan.az xəbər verir ki, britaniyalı əczaçı Amina Hvanqın fikrincə şirin vitamin pastilləri, kompleks əlavələr və saç, dırnaq və dəri üçün xüsusi vitaminlər sağlamlığın və görünüşün yaxşılaşmasına kömək etməyəcək. Bu barədə "Daily Mail" məlumat yayıb .

Mütəxəssis izah edir ki, şirin saqqızlı vitaminlər xoş görünüşü və dadı ilə bazarda populyarlıq qazanır. Onların tərkibində çox vaxt əlavə şəkər və ya meyvə suyu və ya şəkər spirti kimi dadlandırıcılar var. Bu cür maddələr məhsulun kalorili məzmununu artırmaqla yanaşı, həzm problemlərinə də səbəb ola bilər.

Effektiv olmayan ikinci növ qida əlavələri saçları, dırnaqları və dərini gücləndirmək üçün xüsusi komplekslərdir. Əczaçı bildirdi ki, bu cür vitaminlərin effektiv təsiri yoxdur. Onun sözlərinə görə, dırnaq, saç və dəri ilə bağlı spesifik problemləri yüksək keyfiyyətli vitaminləri ayrıca qəbul etməklə həll etmək olar.

Hvangın almağı tövsiyə etmədiyi üçüncü və son əlavələr kateqoriyası multivitaminlərdir. "Con Hopkins" Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, multivitaminlər ürək-damar xəstəliklərinin inkişaf riskini artırır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ