ADAU Çin Xalq Respublikası Universitetləri ilə əməkdaşlığı genişləndirir


Çin Xalq Respublikasının Hexi Universitetinin bir qrup əməkdaşı Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər edib.

Nümayəndə heyətinin tərkibində Hexi Universitetinin prorektoru, professor Gao Rong, Beynəlxalq Mübadilə və Əməkdaşlıq Departamentinin direktoru, dosent Li Hu, Tarix, mədəniyyət və turizm fakültəsinin dekanı, professor Liu Hongbo, Gansu Göbələk Tətbiqi Mühəndislik Laboratoriyasının direktor müavini, professor Liang Qianqian, Tədris işləri şöbəsinin müdir müavini, professor Wang Mingbo, Beynəlxalq Mübadilə və Əməkdaşlıq Departamentinin əməkdaşı Xiao Cen olub.

Qonaqlarla görüşən Aqrar Universitetin rektoru Zəfər Qurbanov ali təhsil müəssisəsinin beynəlxalq əlaqələri haqqında məlumat verib. Rektor bildirib ki, Aqrar Universitet Hexi Universiteti ilə birgə xüsusilə yeməli göbələk yetişdirmə sahəsində əməkdaşlıq etməkdə maraqlıdır.

Hexi Universitetinin prorektoru, professor Gao Rong ADAU-da olmaqdan məmnun olduğunu diqqətə çatdırıb. O deyib ki, tərəflər ali təhsil, akademik mübadilə və elmi tədqiqat sahəsində ortaq maraqlara və məqsədlərə malikdir. Həmçinin, gələcəkdə ADAU-da Çin Mədəniyyət Mərkəzinin qurulmasıda gələcək hədəflərdəndir.

Görüşdə birgə əməkdaşlıq perspektivləri, müəllim-tələbə mübadiləsi və birgə layihələrin hazırlanması məsələləri də müzakirə olunub.

Sonra hər iki universitetin tanıtım çarxı nümayiş olunub.

Sonda Azərbaycan Dövlət Aqrar Universiteti ilə Çin Xalq Respublikasının Hexi Universiteti arasında birgə əməkdaşlıq memorandumu imzalanıb.

Qonaqlar rəsmi görüşdən sonra Universitetin müasir laboratoriyaları, tələbə evləri, açıq və qapalı balıq yetişdirmə laboratoriyaları, meyvə bağları və heyvandarlıq kompleksində olublar.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ