Bakı Qızlar Universitetində təhsil alan oğlanlar var? - Rəsmi CAVAB


Sosial şəbəkələrdə Bakı Qızlar Universitetində təhsil alan oğlan tələbələrlə bağlı iddialar yayılıb. Qeyd olunur ki, yeni tədris ilində ali təhsil ocağına qəbul olunan tələbələr arasında oğlanlar da var.

Modern.az mövzu ilə bağlı Bakı Qızlar Universiteti ilə əlaqə saxlayıb.

Ali təhsil müəssisəsindən bildirilib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir.

“Bakı Qızlar Universiteti kontingenti yalnız qızlardan ibarət ali təhsil müəssisəsidir. Bu universitetdə oğlanlar təhsil almır”, - qurumdan verilən açıqlamada deyilir.


MANŞET XƏBƏRLƏRİ