Yeni qərar ali məktəblərə sənəd verən oğlanların sayına necə təsir edəcək?


Müdafiə Nazirliyinin hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiyasına əsasən, Milli Müdafiə Universitetinin tərkibində yeni İntellektual qabiliyyətli bölmələr yaradılır. Bəzi abituriyent və məzunlar hərbi xidmətini Milli Müdafiə Universitetində çəkə biləcəklər.

Ölkəmizdə oğlanların bir qismi əsgər getməmək üçün ali məktəbə qəbul olur. Onların bəziləri hətta magistratura və doktorantura təhsili də alıb həqiqi hərbi xidmətdən tamamilə azad olurlar.

Maraqlıdır, bu yeni qərardan sonra ali təhsil müəssisələrinə sənəd verən oğlanların sayında necə dəyişiklik olacaq?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndiyev bildirib ki, bu qərardan sonra təhsil almaq istəyən oğlan tələbələrin sayı artacaq:

“Hazırda ölkəmizdə ali təhsilə maraq var. Təəssüf ki, hərbi xidmətdən yayınma halları da yaşanır. Düşünürəm ki, bu qərardan sonra sənəd verən oğlan tələbələrin sayında artım olacaq”.

“O cümlədən, aidiyyəti ixtisaslarda – bakalavr pilləsində informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, magistr pilləsində kibertəhlükəsizlik, süni intellekt və digər informasiya texnologiyaları sahəsində təhsil almaq istəyənlər çoxalacaq”, - ekspert əlavə edib.


MANŞET XƏBƏRLƏRİ