Həm pulu, həm illəri boşa xərclənir, diploma isə tanınmır – Xaricdə təhsil alanlar diqqət! - VİDEO


Son dövrlər xaricdə təhsil almaq istəyən tələbələrin sayı günü–gündən artmaqdadır.

Bu gün Azərbaycanda keçirilən qəbul imtahanlarında keçid balı toplaya bilməyən abituriyentlər xarici ölkələrdə, daha çox Türkiyədə təhsil almağa üz tuturlar. Bəzən bu şəxslər sadəcə attestatla tələbə adını qazanırlar. Təbii burada attestatdakı qiymətlər deyil, valideynlərinin pulu əsas rol oynayır. Valideyn əlindən gələni edir ki, övladı universitetə daxil olsun. Beləcə abituryent tələbə adını qazanır, məzun olur, işləmək üçün ölkəmizə qayıdır. Amma təhsil aldığı sahə üzrə ona iş verən olmur. Çünki diplomu ölkəmizdə tanınmır.

Beləcə bir neçə il və küllü miqdarda vəsait boşa xərclənmiş olur.

Hazırda diploma tanınmayanlar arasında Rusiya, Ukrayna, Türkiyə, Belarus və Gürcüstan universitetlərində təhsil alanlar üstünlük təşkil edir. Təkcə bu il təhsil alıb gələn 233 nəfərin diploma tanınmayıb.

Bəs bu cür hallardan qorunmaq üçün nələrə diqqət etməliyik?

Bu barədə BTV-nin suallarını təhsil eksperti Səbuhi Abdullayev cavablandırıv:


MANŞET XƏBƏRLƏRİ