Şuşada 33 ildən sonra ilk zəng çalındı - VİDEO


Şuşa şəhərində 33 ildən sonra ilk zəng çalınıb.

Turkustan.az xəbər verir ki, 33 illik fasilədən sonra Şuşaya köçürülən ailələrin övladları Şuşa şəhər 1 saylı tam orta məktəbdə yeni tədris ilinə başlayıblar.

Yenidən qurulan məktəb 960 yerlik olmaqla, beş bloklu və üç mərtəbəlidir. Müasir standartlara uyğun inşa edilən məktəb hər biri 24 şagird üçün nəzərdə tutulmaqla, 40 sinif otağından ibarətdir.

Bu gün start verilən yeni tədris ilində Şuşada 113 şagird təhsilə başlayıb. Məktəbdə tədris 18 müəllimdən ibarət pedaqoji heyət tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, şagirdlərin yaşayış binalarından məktəbə gətirilməsi üçün xüsusi nəqliyyat vasitələri ayrılıb. Şuşaya məskunlaşmanın davam etdsirilməsi ilə məktəbdə şagird və müəllimlərin də sayı artacaq.


MANŞET XƏBƏRLƏRİ