Azərbaycan məktəblərində hansı qadağalar mövcuddur? – ARAŞDIRMA


Ötən gündən etibarən Belçika məktəblərində mobil telefondan istifadə qadağan olunub.

Qadağa ibtidai və orta məktəblərə şamil olunub. Həmçinin, təkcə dərs deyil tənəffüs zamanında da telefondan istifadəyə icazə yoxdur.

Maraqlıdır, Azərbaycan məktəblərində hansı qadağalar mövcuddur?

Turkustan.az-ın məlumatına görə, bu gün bir çox məktəbdə mobil telefondan istifadəyə icazə verilmir. Məhz sözügedən qadağa nümunə xarakter daşıya və məktəb rəhbərliyi bu çərçivədə öz daxili qaydalarını tərtib edə bilər. Baxmayaraq ki, bu, Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənən qayda deyil.

Xatırladaq ki, ötən ildən nazirlik tərəfindən pilot tətbiqinə başlanılan "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"nda isə ümumi qadağalar öz əksini tapıb.

Bu qaydalara görə:

*Şagirdlər hər bir fənn üzrə dərslərin 96 faizdən çoxunda iştirak etməlidirlər.

*Buraxılmış dərs saatları üçün valideyn tərəfindən məktəbə yazılı izahat və tibbi arayış təqdim olunmalıdır.

*Şagirdlər dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqal ilə dərsə gələ bilməzlər.

"Şagirdlər məktəbə “ağıllı saat", digər elektron cihazlar, mobil telefon gətirə, dərs zamanı istifadə edə bilməzlər.

*Şagirdlər tədris binasının dəhlizlərində qaçmamalıdır.

"Şagirdlər məktəb daxilində yüksək səslə danışmamalıdırlar.

Qeyd edək ki, məhz bu qaydalar isə valideyn və şagirdlər tərəfindən birmənalı qarşılanmır. Bir çoxları düşünür ki, qoyulan qadağalar şagirdləri daha çox dərslərindən uzaq salacaq. Amma bu tip qadağalar bir çox ölkələrin təcrübəsində tətbiq olunur və uğurla davam etdirilir. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ