I və IV qrupların imtahan nəticələri nə vaxt açıqlanacaq? - Rəsmi CAVAB


Ötən həftənin sonu Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

İyulun 14-də keçirilən I və IV qrupların imtahan nəticələri isə hələlik açıqlanmayıb.

Modern.az məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzi (DİM) ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, imtahan nəticələrinin önümüzdəki həftənin əvvəllərində elan edilməsi planlaşdırılır.


MANŞET XƏBƏRLƏRİ