Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə qəbul imtahanlarının nəticələrini açıqlayıb.
Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edən 70301 nəfərdən 51941 nəfəri tələbə adını qazanıb.
Turkustan.az-ın məlumatına görə, ali məktəblərə ixtisas seçiminin nəticələri açıqlanadan sonra hansı qrupda nə qədər boş yerin qaldığı müəyyənləşib.
Belə ki, universitetlərdə
I ixtisas qrupu üzrə: 1753 yer.
II ixtisas qrupu üzrə: 357 yer.
III ixtisas qrupu üzrə: 1174 yer.
IV ixtisas qrupu üzrə: 234 yer.
V ixtisas qrupu üzrə: 383 yer boş qalıb.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı həftə sonunadək “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq.
DİM bildirib ki, boş qalan yerlərə ixtisas seçimi sentyabrın 4-dən 9-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. /Cebhe.info/