"Məktəbli avtobusu" yeni tədris ilindən tətbiq olunacaq


"Məktəbli avtobusu" layihəsi yeni tədris ilindən tətbiq olunacaq.

Turkustan.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, hazırda bu layihə sınaq mərhələsindədir:

"Nəqliyyatın, demək olar ki, ən sıx olduğu məktəblərdə bu layihə sınaqdan keçirilir. Hazırda bu layihənin hansı məktəblərdə tətbiq olunduğunu açıqlamaq düzgün deyil. Layihə tam tətbiq olunan zaman məktəblərin də adları məlum olunacaq". /bakivaxti.az/


MANŞET XƏBƏRLƏRİ