Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, altıgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 26, 27 və 29 mart tarixləri iş günləri hesab ediləcək.
Turkustan.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.
Qərara görə, beşgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə bayramdan sonra ilk dərs günü 1 aprel tarixinə təsadüf edəcək.
Bu dəyişikliklər tədris prosesindəki tətillərin və bayram günlərinin nəzərə alınması məqsədilə həyata keçirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. /ajans.az/