Mingəçevir şəhər Rəşad Mirabov adına 7 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Günel Bəşirova Elm və Təhsil naziri Emin Əmrullayevə şikayət edib.
Direktor müavini öz şikayətində Mərkəzi Aran Regional Təhsil İdarəsinin qanunsuzluğundan bəhs edib.
Günel Bəşirova nazirə yazdığı müraciətin bir surətini Gununsesi.info-nun elektron poçtuna yollayıb.
Həmin müraciəti təqdim edirik:
Hörmətli, cənab nazir!
Mən 2024-cü ildə aprel ayında Mingəçevir şəhər R.Mirabov adına 7 nömrəli tam orta məktəbə direktor müavini təyin olunmuşam. 2024-cü il aprel ayı təyin olunduğum vaxtdan direktor Anar İsmayılovun daim haqsızlıqları ilə üzləşmişəm.
Bir ilə yaxındır ki, təyin olunsam da hələ də mənə Buraxılan və Əvəz edilən dərslərin uçotu kitabı verilməyib. Bu barədə Təhsil Sektoruna rəsmi məktub göndərmişdim. Boş keçən dərslər, gəlməyən müəllimlər və sairə. Mərkəzi Aran Regional Təhsil İdarəsinin qaynar xəttinə məlumat vermişəm. Lakin hər dəfə Mingəçevir şəhər Sektor müdiri olan Sevinc Həsənova tərəfindən hədə-qorxu gəlinib.
Məktəbin direktoru Anar İsmayılov Mingəçevir Şəhər Bələdiyyəsinin sədri oldu.
Cavad Cavadov
Sektordan mənimlə əlaqə saxlayaraq, direktor vəzifəsini icra edəcəyimi bildirdilər.
Lakin Anar İsmayılov idarə ilə birləşərək bu işi təşkilatçı Nigar Əhmədovaya həvalə olunmasına nail oldu.
Bildirim ki, Nigar Əhmədova Diaqnostik və MİQ imtahlarının heç birində iştirak etməyib. Necə olur ki MİQ imtahanından keçən TTİDM imtahanından region üzrə ən yüksək bal və müsahibə balı toplayan Təlim-Tərbiyyə işləri üzrə direktor müavini olaraq, mən kənarda qalıram, amma bu vəzifə heç bir tələbə cavab verməyən adama verilir?
Nigar Əhmədova təşkilatçıdır. Mən isə yüksək balla gəlmiş və demək olar ki bir ildiki, kifayyət qədər uğurlu fəaliyyət göstərən Təlim-Tərbiyyə işləri üzrə ditektor müaviniyəm.
Ayın 24-ü məni sektora çağıraraq, həvalə üçün ərzəmi alırlar. Həvalə ilə bağlı cədvəl göndərirlər ki, təcili doldurub, göndərin. Axşam isə sektor müdiri zəng vurur ki, sizə tapşırılası olmadı.
Cənab nazir!
Mən sizdən artıq dərəcədə xahiş edirəm ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəhbərliyinin və bu prosesdə qanunsuzluq edən şəxslərin barəsində ölçü götürəsiniz.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin mövqeyini dərc etməyə hazırıq.