Paytaxtda təhsil müəssisələri distant rejimə keçə bilər.
Turkustan.az xəbər verir ki, bunu təhsil məsələləri üzrə ekspert Elçin Əfəndiyev deyib.
O, bunu müəyyən səbəblərlə izah edib:
“Distant təhsil praktikamız var. Əgər yollar buz bağlayarsa və hərəkət çətinliyi yaranarsa, Bakı şəhəri üzrə ali, orta ixtisas, tam, ümumi orta təhsil və məktəbəqədər təhsil müəssisələrində dərsləri 1-2 günlük qiyabi idarə etmək olar”./Globalinfo