Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına 16 fevral 2025-ci il tarixində keçirilmiş I cəhd qəbul imtahanının nəticələrini elan edib.
Qeyd edək ki, yekun imtahan balı xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq. Xatırladaq ki, iştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə maksimal 5 bal toplaya bilərlər.
Modern.az-ın DİM-dən əldə etdiyi məlumata görə, I cəhd imtahandan topladıqları baldan asılı olmayaraq, bakalavrlar müəyyən olunacaq vaxtda qeydiyyatdan keçib II cəhd imtahanda iştirak edə bilərlər.
“Qeydiyyat vaxtları və imtahan tarixi barədə məlumat veriləcək”, - DİM bildirib.
Dövlət İmtahan Mərkəzi magistraturaya müsabiqə şərtlərini – keçid ballarını da açıqlayıb. Keçid balları ilə aşağıdakı cədvəldən tanış olmaq mümkündür: