Dünənki imtahanda düşən sual müzakirə yaratdı – Çoxu səhv cavab verib - FOTO


Xəbər verdiyimiz kimi, ötən gün magistraturaya qəbul imtahanının birinci cəhdi keçirilib.

Turkustan.az xəbər verir ki, imtahanda düşən suallardan biri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Belə ki, Dövlət İmtahan Mərkəzi (DİM) analogiyaya aid "il-rüb; estafet-?" sualında "?" işarəsinin yerinə doğru cavab kimi "mənzil" variantını götürüb.

Bu isə bakalavrlarda çaşqınlığa və narazılığa səbəb olub.

Test tapşırığının fotosu "Azərbaycan Universitetləri" səhifəsində paylaşılıb.


Bizim.Media


MANŞET XƏBƏRLƏRİ