Onların direktor olması mümkün deyil – Nazir


“Öz fənnini yaxşı bilməyən müəllimlərin direktor olması mümkün deyil”.

Turkustan.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.

O bildirib ki, ümumi təhsil müəssisələrinə direktorların işə qəbulunda namizədlərin sertifikatlaşdırma balı nəzərə alınacaq: “Bununla yanaşı, ümumi təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulunda namizədlərin sertifikatlaşdırma balı və müəssisə rəhbərinin rəyi də nəzərə alınacaq. Şərtləri ödəyən namizədlər müsahibə mərhələsində iştirak edəcəklər”./globalinfo.az


MANŞET XƏBƏRLƏRİ