Azərbaycanda 1500 məktəbin bağlanması PLANLAŞDIRILIR


Azərbaycanda 1500 məktəbin bağlanması planlaşdırılır.

Turkustan.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, xərclərin optimallaşdırlması məqsədilə təxminən 4400 məktəbdən 1500 məktəbin bağlanılması planlaşdırılır.

"Düşünürəm məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda, bu məsələ kəndlərin sürətli boşalmasına aparıb çıxaracaq", - deputat bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl elm və təhsil naziri Emin Əmrullayev bəzi məktəblərin komplektləşdiriləcəyini bbildirib. "Rasionallaşmaya ehtiyac var, ağrılı proses olsa da, biz buna getməliyik", - o qeyd edib./modern.az


MANŞET XƏBƏRLƏRİ