Dünyada ərzaq qiymətləri rekord səviyyəyə çatıb


Dünya ərzaq qiymətləri oktyabrda 18 ayın ən yüksək səviyyəsinə qalxıb.

Turkustan.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Ərzaq Qiymət İndeksi hesabatında məlumat açıqlanıb.

İndeksə əsasən, qiymət artımına bitki yağının qiymətində kəskin artım, eləcə də dənli bitkilərin qiymətlərində davam edən artım səbəb olub.

Beləliklə, qlobal rzaq qiymətləri indeksi oktyabrda orta hesabla 127,4 bənd təşkil edib ki, bu da sentyabr ayına nisbətən 2 faiz və bir il əvvələ nisbətən 5,5 faiz bahalaşma deməkdir.

Türkiyə Statistika Təşkilatının son açıqladığı oktyabr ayı inflyasiya məlumatlarında, Türkiyədə son bir ildə ərzaq inflyasiyası 45,28 faiz idi.

Məhz Rusiya-Ukrayna müharibəsi başlayandan sonra 2022-ci ilin martında indeks 160,2 punkta çataraq rekord qırıb.

Oktyabr ayında keçən ilin ən yüksək artımını qeyd edən indeksdə bitki yağı qiymətlərindəki kəskin artım təsirli olub.

Taxıl Qiyməti İndeksi, buğda və qarğıdalı ixracat qiymətlərindəki artım səbəbiylə oktyabr ayında bir əvvəlki aya görə 0,9 faiz artıb.

Şimal yarımkürəsinin əsas ixracatçı ölkələrində əlverişsiz hava şəraiti, Rusiyada qeyri-rəsmi baza qiymət tətbiqinin bərpası və Qara dəniz regionunda artan gərginlik səbəbindən qlobal buğda qiymətləri artıb.

Bitki mənşəli Yağ Qiymət İndeksi oktyabr ayında əsasən istehsalla bağlı narahatlıqlar səbəbiylə xurma, soya, günəbaxan və kolza yağının qiymətlərinin artması ilə 7,3 faiz artaraq son 2 ilin ən yüksək səviyyəsinə çatıb.

Uzun müddət davam edən quraq hava şəraitindən sonra Braziliyada 2024/2025-ci illər istehsal proqnozu ilə bağlı davam edən narahatlıqlar səbəbiylə Şəkər Qiyməti İndeksi 2,6 faiz artıb.

Beynəlxalq xam neft qiymətlərinin artması da şəkər qamışını daha çox etanol istehsalına keçirərək şəkər qiymətlərinin artmasına səbəb olub, Braziliya realının dollar qarşısında zəifləməsi isə bu artımı məhdudlaşdırıb.

Maraqlıdır ki, həmin dövrdə FAO Süd Məhsullarının Qiymət İndeksi 1,9 faiz artaraq ötən ilin eyni dövründəki səviyyədən 21,4 faiz yuxarı olub.

Bu artımda beynəlxalq pendir və yağ qiymətlərindəki artım təsirli olsa da, süd tozu qiymətlərində azalma müşahidə olunub.

Ümumi yüksəliş meyilinin əksinə olaraq, Ət Qiyməti İndeksi, zəif daxili və xarici tələbat mühitində Qərbi Avropada qırğın nisbətlərinin artması nəticəsində aşağı donuz qiymətləri səbəbiylə oktyabr ayında sentyabr ayına nisbətən 0.3 faiz azalıb.

Oktyabr ayında dünya quş ətinin qiymətləri məhdud azalma göstərsə də, qoyun ətinin qiyməti sabit qalıb. Digər tərəfdən, beynəlxalq alışlar gücləndikcə iribuynuzlu mal ətinin qiymətləri mülayim şəkildə artıb.

FAO həmçinin qlobal istehsal, istehlak, ticarət və fond tendensiyalarının qiymətləndirilməsini özündə əks etdirən Taxıl Təchizatı və Tələbinin Xülasə Hesabatını dərc edib.

Təşkilat 2024-cü il üçün 2,853 milyard ton olan hasilat proqnozunu bir ay əvvəl açıqladığı 2,848 milyard tona endirib.

FAO bildirib ki, bu rəqəm tarixdə ikinci ən böyük istehsal olacaq.

Hesabatda, ərazinin genişlənməsi və əlverişli hava şəraiti nəticəsində Asiyada istehsalın artması, Avropanın mühüm istehsalçılarında müşahidə edilən böyük azalmaları kompensasiya etməkdən daha çox, dünya buğda istehsalının artacağını proqnozlaşdırır. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ