Kərə yağı tərkibinə görə ucuz məhsul ola bilməz, çünki onun istehsalı çox miqdarda xammal tələb edir.
Turkustan.az xəbər verir ki, bunu Ümumrusiya Elmi Tədqiqat Kərə yağı və Pendir İstehsalat İnstitutunun direktor müavini Yelena Topnikova aif.ru saytına müsahibəsində bildirib.
Nəşrin həmsöhbəti iddia edir ki, kərə yağını daha ucuz və əlçatan etmək yalnız özümüzdə çoxlu miqdarda yaxşı xammal olduqda mümkündür.
O, xüsusilə qeyd edib ki, 1 kiloqram pendir istehsal etmək üçün 10 litr süd, 1 kiloqram yağ üçün isə 23 litr süd lazımdır. /publika.az/