Bu ilin ilk 8 ayı ərzində Azərbaycana İndoneziya və Malayziyadan 36,7 min ton xam palma yağı idxal edilib.
Turkustan.az xəbər verir ki, idxal olunan palma yağının 24,85 min tonu İndoneziyadan, 11,85 min tonu isə Malayziyadan gətirilib.
Qeyd edək ki, İndoneziyadan gətirilən palma yağının 1 kiloqramının orta gömrük dəyəri 1,94 manat (1,14 dollar), Malayziyadan gətirilən palma yağının 1 kiloqramının orta gömrük dəyəri isə 2,1 manat (1,23 dollar) olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 8 ayında palma yağının idxalı 55% və ya 13,1 min ton artıb. İdxal olunan palma yağının orta gömrük dəyəri isə azalıb. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 8 ayında İndoneziydan gətirilən palma yağının orta gömrük dəyəri 7%-dən çox aşağı düşüb. /yeniavaz.com/