Dünya qızıl tələbi ilin üçüncü rübündə rekord həddə çatdı


Qlobal qızıl tələbi bu ilin üçüncü rübündə illik bazda 5 faiz artaraq rekord səviyyəyə çatıb.

Turkustan.az xəbər verir ki, Dünya Qızıl Şurasının ilin üçüncü rübü üçün açıqladığı Qızıl Tələb Trendləri hesabatına görə, bu dövrdə qlobal qızıl tələbatı 1313 ton olub. Belə ki, dünya qızıl tələbi ilin üçüncü rübündə illik bazda 5 faiz artaraq rekord həddə çatıb.

Qızıl tələbindəki güclü artım qiymətlərdə də özünü göstərsə də, bu dövrdə tələbin dəyəri illik bazda yüzdə 35 artaraq ilk dəfə 100 milyard dolları keçib.

İlin üçüncü rübündə qızıl qiymətləri ardıcıl rekordlar qırıb. Bu dövrdə orta qiymət keçən ilin eyni dövrü ilə müqayisədə 28 faiz yüksək olub və bu dövrdə orta unsiya qiyməti 2 min 474 dollar olub.

Qızılla dəstəklənən birja fondları tələbin artımının əsas amillərindən biri kimi önə çıxdı və investorların təhlükəsiz sığınacaq kimi təsvir etdiyi qızılın bazar mövqeyi güclənib.

Digər tərəfdən, külçə və sikkə investisiyaları üçüncü rübdə illik bazda yüzdə 9 azaldı. Hindistanda güclü artıma baxmayaraq qızıl zinət əşyalarına tələb də illik bazda 12 faiz azalıb.

Mərkəzi bankların qızıl alış sürəti üçüncü rübdə yavaşlayıb və 186 ton səviyyəsində qalıb.

Süni intellekt və texnologiya da qızılın istifadəsini dəstəkləməyə davam etdi. Bu dövrdə texnologiyada qızıldan istifadə hər il 7 faiz artıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ