Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 77,81 dollara satılır.
Turkustan.az xəbər verir ki, cümə günü 79,21 dollara kimi bahalaşan Brent markalı neftin barel qiyməti günü 78,60 dollarla başa vurub. Brent markalı neftin bir barelinin qiyməti 09,38-də bağlanış vaxtı ilə müqayisədə 1 faiz azalaraq 77,81 dollar olub. Eyni zamanda, West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 73,99 dollara satılıb.
Çində inflyasiyanın azaldığını göstərən məlumatların ardınca neft qiymətləri dünyanın ikinci ən böyük neft istehlakçı ölkəsində tələbin azalacağı ilə bağlı narahatlıqlar səbəbindən ucuzlaşıb.
Çində İstehlakçı Qiymətləri İndeksi (TÜFE) keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 0,4 artarkən, İstehsalçı Qiymətləri İndeksi (ÜFE) isə yüzdə 2,8 azalıb. Sentyabr ayında istehlak qiymətlərindəki durğunluq və istehsalçı qiymətlərinin aşağı düşməsi səbəbindən deflyasiya tendensiyası hiss olunmaqda davam edib.
Sözügedən məlumatlar Yaxın Şərqdəki münaqişələrin qlobal neft ehtiyatlarının çoxunun yerləşdiyi regionda qlobal təchizatda fasilələrə səbəb ola biləcəyi ilə bağlı narahatlıqları aradan qaldıraraq neft qiymətlərinin aşağıya doğru hərəkətini dəstəklədi.
Digər tərəfdən, dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-da inflyasiya təzyiqlərinin gücünü itirdiyinə inamın artması neft qiymətlərinin daha da aşağı düşməsinin qarşısını alır.
ABŞ-da ÜFE sentyabr ayında aylıq bazda dəyişməyərək gözləntilərin altında qalarkən, illik bazda yüzdə 1,8 artaraq gözləntilərin üzərində olub. Dəyişən ərzaq və enerji qiymətlərini əhatə etməyən əsas ÜFE, sentyabr ayında proqnozlara uyğun olaraq aylıq 0,2 faiz, illik bazda isə yüzdə 2,8 artaraq proqnozların üstündədir.
Bu baxımdan, ABŞ Federal Ehtiyat Sisteminin (FED) gələn ay siyasət faizini sabit saxlaya biləcəyi ehtimalları qiymətləşməyə daxil edilsə də, sona qədər keçiriləcək iki iclasda 25 baz bənd aşağı salacağı gözləntiləri ilin güclü olaraq qalır. Gözləntilərin ABŞ dollarının digər valyutalar qarşısında dəyər itirməsinə səbəb olaraq neftə tələbi artıracağı düşünülür.
Brent nefti üçün texniki olaraq 78,24-78,38 dollar arası müqavimət, 78-77,90 dollar arası isə dəstəkdir.
Eltac Zülfüqaroğlu/Turkustan.az