Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 78,33 dollara satılır.
Turkustan.az xəbər verir ki, ötən gün 79,72 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 76,58 dollarla başa vurub. Brent markalı neftin bir barelinin qiyməti 09,45-də bağlanış vaxtı ilə müqayisədə 2,29 faiz artaraq 78,33 dollar olub. Eyni zamanda West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 74,92 dollara satılıb.
ABŞ-a təsir edən Milton qasırğasının yaratdığı narahatlıqlar və İsrailin İranın neft yataqlarına mümkün hücumu təhlükəsi səbəbindən neft qiymətləri artmaqda davam edir.
Dünyanın ən böyük neft istehlakçı ölkəsi olan ABŞ-ın Florida ştatının Siesta Key bölgəsini 3-cü kateqoriya fırtına olaraq təsir edən Milton qasırğası bölgədə 3 milyondan çox insanı işıqsız qoyub.
Fırtına səbəbiylə böyük dağıntı təhlükəsi ilə üzləşən bölgə əhalisinə təxliyə çağırışı edilərkən, Floridada bir çox yanacaqdoldurma məntəqəsində uzun növbələr müşahidə edilib. Yanacağa tələbatın artması ilə bir çox yanacaqdoldurma məntəqələri yanacaq çatışmazlığı səbəbindən müvəqqəti olaraq xidmətdən çıxıb.
Neft ehtiyatlarının böyük hissəsinin yerləşdiyi Yaxın Şərqdə gərginliyin artmasının genişmiqyaslı müharibəyə səbəb ola biləcəyi ilə bağlı narahatlıq qiymət artımını dəstəkləyir. İsrail, HƏMAS və Hizbullah arasında davam edən münaqişənin neft tədarükünə mənfi təsir göstərə biləcəyi ilə bağlı narahatlıq bazarda hökmranlıq etməkdə davam edir.
Digər tərəfdən, dünən ABŞ-da açıqlanan məlumatlar neftin bahalaşmasını məhdudlaşdırır. Mütəxəssislər ABŞ-da açıqlanan inflyasiya səviyyəsinin gözləntilərin üzərində olmasından sonra ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz azaltma dərəcəsində dəyişikliklər ola biləcəyini bildiriblər.
Ölkədə dünən açıqlanan İstehlak Qiymətləri İndeksi (CPI) sentyabr ayında aylıq 0,2, illik bazda isə yüzdə 2,4 ilə gözləntilərin üzərində yüksəldi. Bundan əlavə, ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı oktyabrın 5-də bitən həftədə bazar gözləntilərini aşaraq 258 minə yüksəlib.
Analitiklər, Helene qasırğası və işçi tətillərinin keçən həftə işsizlik müavinəti müraciətlərinin artmasında qismən təsirli ola biləcəyini qeyd edərək, ABŞ-ın Florida əyalətində təsirli olan Milton qasırğasının önümüzdəki həftələrdə məşğulluq məlumatlarına da təsir göstərə biləcəyini bildiriblər.
Bildirilir ki, texniki baxımdan Brent nefti üçün 80,41-83,40 dollar aralığına müqavimət, 77,42-74,43 dollar aralığına isə dəstək zonası kimi baxmaq olar.
Eltac Zülfüqaroğlu/Turkustan.az