Azərbaycanda toyuq əti problemi olmayacaq


Prezident İlham Əliyev tərəfindən Cəbrayıl rayonunda təməli qoyulan “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikində ilkin mərhələ üzrə 24 damazlıq yumurta istehsalı sahəsi tikiləcək.

Turkustan.az xəbər verir ki, bu barədə “Hicaz” MMC-nin təsisçisi Səfər Sadıqov bildirib. Müəssisə 3 sahədən - damazlıq yumurta, inkubator və yem fabrikindən ibarət olacaq. Birinci mərhələdə 30 hektar ərazidə hər biri 1600 kvadratmetr olmaqla 24 damazlıq yumurta istehsalı sahəsi tikiləcək. Burada ildə 24 milyon ədəd damazlıq yumurta istehsal ediləcək.

Bununla yanaşı, 2 hektar ərazidə saatda 40 ton istehsal gücünə malik yem fabriki və inzibati bina inşa olunacaq. Həmçinin 2 hektar ərazidə yerləşən soyuducu anbar və illik 24 milyon ədəd yumurta tutumuna malik inkubasiya fabriki fəaliyyət göstərəcək.

İqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Cəbrayılda 2 hektar ərazidə yerləşən soyuducu anbar və illik 24 milyon ədəd yumurta tutumuna malik inkubasiya fabriki fəaliyyət göstərəcək:

“Bununla yanaşı, quş əti də istehsal ediləcək. İstehsal edilən quş əti və yumurta öncəliklə kompleks daxilində anbarlara toplanacaq. Daha sonra fabrikdən ölkədaxili topdan və pərakəndə bazarlara çıxarılacaq. Əgər istehsal uğurla davam edəcəksə, növbəti ildən yumurta ölkədaxili bazarla yanaşı, həm də xarici ölkələrə ixrac ediləcək”.

Ekspert qeyd edib ki, Cəbrayılda il ərzində 24 min cücə yetişdiriləcək:

“Fabrikdə yumurta istehsalı ilə yanaşı, damazlıq cücələr də yetişdiriləcək. Yetişdirilən cücələrin sayının artacağı halda topdan və pərakəndə bazarda quş ətinin satışı da yüksələcək. Belə olarsa, istehsal həm ölkədaxili təlabatı qarşılayacaq, həm də quş əti ixracının artmasına da zəmin yarada bilər”. /cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ