“Qarşıda bizi qiymət artımı gözləyir” - Ekspert


“Bu il ötənilki payız ucuzlaşmasını görə bilməyəcəyik. Payızda bizi bahalıq gözləyir. Bunun səbəblərindən biri odur ki, bu il meyvə-tərəvəz qıtdır. Hava şəraiti ilə bağlı olaraq məhsuldarlıq aşağı oldu. Bu da bazarlarda qiymətlərin bahalaşması ilə müşahidə olunacaq. Kənd təsərrüfatı məhsulları ilə yanaşı digər məhsulların da qiyməti bahalaşır. Hazırda bu proses davam edir”.

Bunu Bakupost.az -a iqtisadçı ekspert Akif Nəsirli bildirib.

O qeyd edib ki, son bir il ərzində inflyasiya artıb. Bu da məhsulların qiymətinə təsirsiz ötüşmür. Ona görə də bəzi meyvələrin qiyməti ötən illə müqayisədə xeyli bahalaşıb:

“Son aylarda yanacağın qiyməti də bahalaşıb və bunun da meyvə-tərəvəzin maya dəyərinə müəyyən qədər təsiri var”.


MANŞET XƏBƏRLƏRİ