Neftin bir barel qiyməti 74,78 dollar oldu


Ötən gün 75,18 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 74,88 dollarla başa vurub. Brent markalı neftin bir barelinin qiyməti 10,04-də bağlanış vaxtı ilə müqayisədə 0,13 faiz azalaraq 74,78 dollar olub. Eyni zamanda, West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 70,89 dollara satılıb.

Turkustan.az xəbər verir ki, əsas neft istehlakçılarının iqtisadiyyatında yavaşlama siqnalları qiymətlərin azalmasında təsirli olur. Neft bazarının diqqət mərkəzində dünyanın ən böyük xam neft idxalçısı olan Çində tələbin yavaşlaması ilə bağlı narahatlıq və OPEC+ istehsalçılar qrupunun təklifi artıracağına dair gözləntilərdir.

Dünyanın ikinci ən böyük neft istehlakçı ölkəsi olan Çində ölkə iqtisadiyyatı ilə bağlı narahatlıqlar tələbin görünüşünə mənfi təsir göstərməkdə və qiymətlərə aşağı istiqamətli təzyiq göstərməkdə davam edir. Mütəxəssislər, Çin bazarlarında ehtiyatlı mövqeyin davam etdiyini və bölgənin ən əhəmiyyətli idxalçı və ixracatçısı olan ölkədə idxalla bağlı gözləntilərin altında gələn məlumatların Çində iqtisadi durğunluqla bağlı narahatlıqları artırdığını bildirdi.

Çinin neft tələbinin yavaşlaması ilə ölkə 2000-ci ildən bəri ilk dəfə neft idxalında illik azalma qeydə alıb. Analitiklər bildirirlər ki, Çində elektrikli avtomobil satışlarının artması da neftə tələbatın zəifləyəcəyindən xəbər verir.

ABŞ iqtisadiyyatının yaxşı vəziyyətdə olmadığına dair narahatlıq doğuran məlumatlar da neft qiymətlərinə təzyiq göstərir. Son məlumatlara görə, ABŞ-da kənd təsərrüfatı xaricində məşğulluq avqust ayında 142 min nəfər artarkən, ölkədə istehsal sektoru son 7 ayda daralma tendensiyasını davam etdirib.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və digər hasilatçı ölkələrdən ibarət OPEC+ qrupu xam neft və yanacağın qiymətlərinin düşməsi davam etdiyi üçün neft hasilatının azaldılması müddətini uzatmaq qərarına gəlib. Qlobal bazarda tələbin azalması gözləntilərinə baxmayaraq, iri istehsalçıların təklifi artıracağına dair narahatlıq qiymətlərə təsir etməkdə davam edir.

Bildirilir ki, texniki baxımdan Brent nefti üçün 75,77-76,61 dollar aralığına müqavimət, 73,50-72,07 dollar aralığına isə dəstək zonası kimi baxmaq olar.

Eltac Züflüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ