Mərkəzi Bank tərəfindən açıqlanan son məlumata görə bu gün qızılın 1 qramının qiyməti 140 manat 80 qəpiyə bərabər olub.
Turkustan.az xəbər verir ki, 1 qram qızılın qiyməti son bir gün ərzində 2% bahalaşıb.
Son bir ay ərzində isə qızlın qiyməti 3,7% artıb.
Məlumat üçün bildirək ki, qızılın qiyməti Azərbaycanda heç vaxt bu səviyyəyə yüksəlməyib.
Son 15 il ərzində qızılın qiyməti 5 dəfəyə yaxın artıb. Müqayisə üçün qeyd edək ki, 15 il əvvəl – 2010-cu ilin əvvəlində Azərbaycanda qızılın bir qramı 29 manat olub. /Yeniavaz.com/