“Azeri Light” bir az da ucuzlaşdı


“Azeri Light” (CIF) markalı neft ucuzlaşıb.

Turkustan.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,10 ABŞ dolları və ya 0,14% ucuzlaşaraq 73,53 ABŞ dollarına bərabər olub.

Xatırladaq ki, ötən gün “Azeri Light”ın 1 barelə olan qiyməti 73,63 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.


MANŞET XƏBƏRLƏRİ