2023-cü ildə Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə 300 kiloqram təzə və soyudulmuş quzu əti ixrac edilib.
Rəsmi məlumata görə, ixracın ümumi dəyəri 2,82 min dollar olub. Başqa sözlə, qoyun ətinin hər kiloqramı BƏƏ-yə 16 manata ixrac edilib. 2024-cü ildə isə qoyun əti ixrac edilməyib.
Məsələ ilə bağlı Bakupost.az -a danışan iqtisadçı Rəşad Həsənov qoyun ətinin ixracı ilə bağlı imkanların çox məhdud olduğunu bildirdi.
İqtisadçının sözlərinə görə, bununla bağlı daxili tələbatın ödənilməsində çətinliklər var:
“Amma bu bazardır. Sahibkar daim daha cəlbedici bazarlar axtarır. Və əgər bu xaricdə olacaqsa, məhsulunu oraya satması təbii haldır. Son illər yerli əhali xırdabuynuzlu heyvan ətini daha az istehlak etməyə başlayıb. Ətin istehsal xərcləri isə artıb, maya dəyəri davamlı yüksəlir. Bu halda Azərbaycandan xarici bazarlara daha əlverişli qiymətlə ixrac meyilləri arta bilər”.