Son günlər ölkədə baş verən qiymət artımı ictimaiyyətdə narazılığa və narahatlığa səbəb olub.
Görəsən, hökumətin antiinflyasiya, bahalaşmaya qarşı proqramı, planı varmı? Artan qiymətlər fonunda Nazirlər Kabineti necə bir mövqe tutmalıdır?
Mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı Natiq Cəfərli deyib ki, inflyasiya ilə mübarizədə tarixən bir plan mövcuddur.
Natiq Cəfərli
Onun sözlərinə görə, məhsuldarlığın artması, məhsul istehsalının çoxalması şərtdir:
“Nə qədər ki, məhsul istehsalı artmır, məhsuldarlıq yüksəlmir, məhsul istehsalında ciddi irəliləyiş yoxdur, nə qədər ki, idxaldan, yəni xaricdən asılıyıq, bir o qədər də inflyasiya daha güclü olacaq. Antiinflyasiya proqramının əsas tərkib hissəsi yerli istehsalın artırılmasıdır. Amma biz ərzaq məhsullarında 74 faiz, dərmən preparatlarında 96 faiz, məişət avadanlıqlarında, avtomobil istehsalında və ehtiyat hissələrində 100 faiz, hazır geyim məhsullarında belə az qala 90 faiz xaricdən asılıyıqsa, təbii ki, inflyasiya yüksək olacaq. Yəni hökumətin antiinflyasiya proqramı istehsalın artırılmasına yönəlməlidir”.