Bazarlarda “əl yandıran” QİYMƏTLƏR: Bahalaşma səbəbləri... - ŞƏRH


Son zamanlar mövsümü meyvə və tərəvəzlərin ucuzlaşacağını gözlədiyimiz halda əksinə qiymətlərdə bahalaşma müşahidə olunur.

Bu bahalaşmanın səbəbləri nədir və nə vaxta qədər davam edəcək?

Bu mözu ilə bağlı iqtisadçı ekpert Xalid Kərimov Turkustan.az-ın suallarını cavablandırıb.

Qurban bayramı gəlməmiş qiymətlər artdı - heyvan bazarında nə baş verir?

Ekspert bildirib ki, “meyvə və tərəvəzlərin ucuzlaşmasını gözlədiyimiz halda bahalaşdı. Burada nüans nədir? Biz sezonu gözləyirik ki, həmişə ucuz olsun. O vaxt ucuz olar ki, bazara daha çox meyvə tərəvəz gəlir. Meyvə tərəvəzin xüsusiyyəti bundan ibarətdir ki, meyvə tərəvəzin saxlanması xəzli prosesdir. Yəni siz vaxtında satmasanız xarab olacaq. Sezon vaxtı kütləvi şəkildə bazara çıxarıldığına görə qiymətlərin kəskin enişi olur. Fermer və sahibkar bundan narazı qalsa da, heç kimi məcbur edə bilmərsən ki, daha çox meyvə-tərəvəz alsın. Bu ilin keçən ildən bir çox fərqləri var. Fərqlərindən biri məhsuldarlıq və yığım ilə əlaqədar məsələdir. Pomidorun ixracı 7-8 faiz artıb. Kütləni əsas narahat edən pomidordur. Amma ümumi şəkildə digər meyvə və tərəvəzlərdə belə bir kəskin ixrac artımları yoxdur. Aprel, may və iyul aylarında rayonlara dolu düşməsi, sel aparması kimi fəsadların yaranması bazara çıxarılan məhsulun həcminə ziyan vurdu. Yerli bazara çıxarılan məhsulun həcmi ötən illə müqayisədə daha az olub və qiymətlərə avtomatik sürətli təsir göstərirdi.

İkinci məqam odur ki, meyvə və tərəvəzin qiymətinin qalxmasına yanacağın artması da ciddi təsir göstərir. Xüsusən də ucuz meyvə tərəvəzin tutumu böyükdür amma, daşıma xərci eynidir. Ona görə də onların qiymətinə təsir göstərir. Yanacağın qiyməti 25 faiz artıb. Bu daşıma xərcinin də artması deməkdir. Məsələn: maşınlarla daşının meyvələrdə 100 kilometrə 35 litr benzin işlədirlər. Təsəvvür edin ki, 300 kilometr məsafədən gəlib qayıtmağına baxsaq gərək 250-300 litr benzin işlətsinlər. 250-300 litr benzində daşınma xərci 50-60 manat qalxır. Bu da meyvə-tərəvəzin üzərinə gəlir”.

Ekspert əlavə olaraq bildirib ki, “üçüncü məqam isə əvvəlki illərdə maşını istədikləri qədər yükləyirdilər. İndi isə yollara elektron radar qoyublar. Avtomatik olaraq həddən artıq yüklənmə olanda birbaşa cərimələyir. Yəni maşınları da əvvəlki kimi yükləyə bilmirlər. Bunun özü də ciddi təsir göstərir. Növbəti məqamlardan biridə pulun dəyərinin ölməsidir. Sahibkarın xərcləri də qalxıb, dərman xərcləri də qalxıb. Bu da qiymət artımına təsir göstərir.”

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ